Bakıda iki sərnişin avtobusu toqquşub, 11 nəfər xəsarət alıb

Yaralılardan ikisinin vəziyyəti ağırdır
 
Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub.
Zabrat qəsəbəsində 173 və 98 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir./report