Bakıda “Caspian Plaza” yanır – VİDEO, FOTO - Yenilənib

Baxış sayı:
6232

Bakıda “Caspian Plaza” yanır.
Virtualaz.org-un əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” iş mərkəzində yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

İş mərkəzində çalışanlar təxliyyə edilib.

***
İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində qısaqapanma olub.
Tüstünün binanın bütün mərtəbələrini əhatə etdiyi bildirilir.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Virtualaz.org-un verdiyi son məlumata görə, “Caspian Plaza” iş mərkəzində baş vermiş yanğın söndürülüb.