Bakıda avtomobil 62 yaşlı kişini vurub

Hadisəni törətmiş sürücü saxlanılıb
 
Bakıda ahıl kişini avtomobil vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, "Aeroport yolu" kimi tanınan ərazidə, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1955-ci il təvəllüdlü Quliyev Paşa Hidayət oğlunu 90-RX-574 dövlət qeydiyyat nişanlı, "Daewoo" markalı minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlər P. Quliyevin vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törətmiş sürücü saxlanılıb və avtomobili cərimə meydançasına aparılıb.