​“Azərbaycanla əsirlərin dəyişdirilməsi…” – Ermənistanın müdafiə naziri

Baxış sayı:
7324

Ermənistan Müdafiə naziri Davit Tonoyan Azərbaycana əsir düşmüş kəşfiyyatçı Karen Kazaryanın valideynləri ilə görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Tonoyan görüşdə Ermənistanın əsirin qaytarılması üçün ATƏT-in Minsk qrupu həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) İrəvan nümayəndəliyi ilə əlaqə saxladığını bildirib.
Müdafiə naziri Kazaryanın müharibə əsirlərinin dəyişdirilməsi çərçivəsində Ermənistana qaytarılacağına ümid etdiyini də bildirib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyatçısı Karen Kazaryan bu il iyulun 15-də Azərbaycan tərəfinə keçərkən ordumuz tərəfindən saxlanılıb./Teleqraf.com