ASO-dan PKK-nı titrədən sözlər

Baxış sayı:
6088

Azad Suriya Ordusu (ASO) nəzdindəki Sultan Murad briqadasının komandiri Əhməd Osman, terror təşkilatı YPG/PKK-nın İŞİD ilə mübarizə bəhanəsi ilə Suriyanın şərqində varlıq göstərdiyini, Fəratın  şərqində İŞİD-ın olmadığı Tel Abyad, Rakka, Hasekə kimi bölgələrə əməliyyat keçirmək üçün hazır olduqlarını deyib.
 
Osman, İranın Suriyadakı rolu, Bəşşar Əsəd rejiminin strategiyaları və Fəratın şərqindəki terror təşkilatı YPG/PKK varlığı ilə bağlı Anadolu Agentliyinə açıqlama verib.
Osman, rejimin İranın fəaliyyətlərini göz ardı edərək, Türkiyəni işğalçı adlandırmasından üzüntü duyduğunu dilə gətirərək, "Türklər, Suriyada gözlərinin olmadığını dəfələrlə dilə gətirib. Türklərin yeganə qayəsi milli təhlükəsizliklərini qorumaqdır. Suriya-Türkiyə sərhədində PKK varlıq göstərir" deyib.
 
"Hazırlıqlarımızı aparırıq"
 
ASO olaraq Fəratın şərqinə təşkil olunacaq ehtimal edilən əməliyyatda iştirak etməyə hazır olduqlarını vurğulayan Osman, "Hazırda hazırlıqlarımızı aparırıq. Yaxşı dərəcədə döyüşçülərimiz var. Hərbi təlimlər davam edir" deyə söyləyib.
 
ABŞ-ın PKK-ya verdiyi dəstək əməliyyatı yubadır
 
Osman, bu yöndə bu sözləri deyib:
“Yeganə problem ABŞ qoşunlarının o bölgədə olmasıdır. İnşallah, ABŞ oralardan çəkilər və TS” ilə ASO Fəratın şərqini PKK-dan xilas edər. PKK oralarda İŞİD bəhanəsi ilə varlıq göstərir. Rakkada, Hasekədə və Tel Abyadda İŞİD-çı yoxdur. Yəni biz, İŞİD-ınolmadığı bölgələrdə əməliyyat apara bilərik. Ancaq ABŞ o bölgələrdə qalmaq istəyir. ABŞ-ın PKK-ya verdiyi dəstək Fəratın şərqinə aparılacaq əməliyyatı yubadır".
“Çox şükür “Zeytun Budağı” hərəkatı ilə sərhədin bir ucunu təmizlədik" deyən Osman, belə davam edib:
“İndi orada çox gözəl çalışan mülki idarələr var. Türkiyə çox böyük dəstək verir. Bölgədə çox sayda Türk qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bölgədəki layihələrə dəstək olurlar. Türklər Suriya xalqının mənafeyi üçün çalışır. Ancaq İranlılar isə öz maraqları və dini inancları istiqamətində çalışır. Türkiyə və İranın Suriyadakı varlıqları arasında çox fərqli məqsədlər var".
 Müxalifət.az