Arif Quliyev 65 yaşla bağlı qadağanı pozdu, polis onu evə göndərdi - VİDEO

Baxış sayı:
6865

Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib.
 
APA-nın məlumatına görə, yaşadığı məhəllədə Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, evinə göndərilib.
 
Qeyd edək ki, A. Quliyevin 70 yaşı var.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.