Argentinalı hakim Səudiyyə şahzadəsi üçün məhəkəmə yolunu açdı

Baxış sayı:
5182

Səudiyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman, G-20 zirvəsi üçün Argentinaya səfər edib. Səudiyyə şahzadəsi Argentinada qırmızı xalça ilə qarşılanıb. Argentinalı bir federal hakim isə Yəməndə insanlıq cinayəti işlədiyi səbəbiylə şahzadə üçün hüquqi presedur başladıb.
 
G-20 zirvəsinə ev sahibliyi edən Argentinada olan Səudiyyə vəliəhdi üçün məhkəmə yolunu açmağa yönəlik federal hakim Ariel Lijo hüquqi addım atıb. Lijo, Yəməndəki vətəndaş müharibəsində Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin insan hüquqları pozuntularından günahkar olduğuna dair dəlilləri Beynəlxalq Ceza Məhkəməsinə göndərib. Tələbnamədə Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı işgəncələrdə Məhəmməd bin Selmanın mümkün rolu olduğunu vurğulayıb. Hakim Lijo'dan tələbnaməsini göndərməsini istəyən prokuror Ramiro Gonzalez, bin Salmanın insan hüquqlarına qarşı cinayət əməllərinin sübut edildiyi təqdirdə, Türkiyə, Yəmən və Səudiyyə Ərəbistanında haqqında istintaq açılmamış olsa belə, vətəni xaricindəki ölkələrdə mühakimə oluna bilmə meyarının dövrəyə girəcəyini ifadə edib. Mütəxəssislərə görə, Salmanın Argentinada həbs olunması və ya məhkəməyə çıxarılması mümkün görünmür. 1963-cü il Vyana Konvensiyasına əsasən, qanuni hərəkətə başlamazdan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən  ölkənin müdafiə naziri olan bin Salmanın diplomatik statusu haqqında məlumat istənməsi lazımdır.
Müxalifət.az