Almaniya da PKK/YPG terrorçularına sahib çıxdı

Baxış sayı:
6067

YPG-li terrorçu dostları üçün narahat olan Almaniya Türkiyəyə əməliyyat xəbərdarlığı edib.
 
Türkiyə bir gecə qəflətən Fəratın şərqinə əməliyyat aparmaq üçün hazırlaşır. Bölgədəki iki terror amili hədəfdədir: YPG və İŞİD.
Ancaq YPG/PKK-lı dostları üçün narahat olan Avropa ölkələri də var. Onlardan biri də Almaniyadır.
 
“HƏRBİ HƏLL OLMAZ” DEDİLƏR: BƏS İŞİD NECƏ HƏLL EDİLDİ?
 
Alman hökumətİnin sözçüsü Steffen Seibert Suriyada "hərbi həll" olmayacağını və bunun "bütün Suriya torpaqları üçün keçərli olduğunu" vurğulayıb.
Alman Xarici İşlər Nazirliyindən də məsələ ilə bağlı bəyanat verilib.
 
TERRORÇULARA QARŞI MƏSULİYYƏTLİ DAVRANIŞ İSTƏDİLƏR
 
Nazirlik sözçüsü hərbi müdaxilənin ölkədəki humanitar vəziyyəti daha da ağırlaşdıracağını qeyd edərək Türkiyə Hökumətinin "son dərəcə məsuliyyətli bir şəkildə davranmasının vacib olduğunu" söyləyib.
Bütün tərəfləri məsuliyyətli davranmağa çağıran sözçü, bu an etibarilə ən vacib şeyin bu olduğunu vurğulayıb.
Müxalifət.az