Ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

Baxış sayı:
8485

Xan Sarayında baş verən hadisədə ən ağır xəsarət alanlardan biri də “Qəbələ” klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovdur.
Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o ən ağır xəsarət alan olsa da, suriyalı zərərçəkənlər özəl xəstəxanalara, İlkin isə “Semaşko”ya yerləşdirilib.
Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz “Facebook” ünvanında yazıb:
“İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə Semaşkoda saxlayıblar, bəlkə də taleyinə gedişatına!
Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar.
İlkin bu cəmiyyətə lazımlı insandır”.