Ağcabədidə canavarlar sürüyə hücum edib

Təsərrüfat sahibinə 4000 manatdan çox ziyan dəyib
 
Ağcabədi rayonunda canavarlar sürüyə hücum edib.
Hadisə rayonun Şənlik kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini Arif Məmmədovun təsərrüfatına gecə saatlarında girən canavarlar 15 qoyunu tələf edib, 22 qoyunu isə yaralayıblar. Yaralı heyvanlara vaksinlərin vurlması üçün əraziyə baytarlar cəlb olunub.
Təsərrüfat sahibi A.Məmmədov "Report"un yerli bürosuna bildirib ki, ona 4000 manatdan çox ziyan dəyib.