​Adam oğurluğunda ittiham olunan Salman HƏBS OLUNDU

Baxış sayı:
5695

Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub.
"Report"un əldə etdiyi məlumata görə, Ukrayna paytaxtının Darnitskiy rayon polisi tərəfindən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Salman Hidayət oğlu Əsgərov saxlanılıb.
Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
S.Əsgərov çoxsaylı adam oğurluğu və insan alveri maddələri ilə ittiham olunur. O, ittihamla razılaşmır, ciddi hüquqi yardıma ehtiyacı olduğunu bildirir.