ABŞ “Qaşıqçı” istintaqına müdaxilə etmək istəyir

Baxış sayı:
9853

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, dövlət katibi Mayk Pompeo'nun Səudiyyə jurnalisti Camal Qaşıqçı'nın itməsi ilə əlaqədar danışıqlar çərçivəsində sabah Türkiyəyə gələcəyini bildirib.
 
Nayert verdiyi açıqlamada, "Nazir Pompeo itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsini müzakirə edəcək və ABŞ-ın Türkiyəyə etdiyi istintaqa yardım mövzusunda kömək təklifini yeniləyəcək" deyə söyləyib.
Hiss olunur ki, Qaşıqçı hadisəsinin araşdırılması ABŞ-ın geosiyasi istəkləri yönündə getmir və buna görə də Vaşinqton narahatdır. Ona görə də Türkiyənin təkbaşına apardığı istintaqa müdaxilə etməklə prossin yönünü istədikləri istiqamətə dəyişmək istəyirlər. Nəzərə alın ki, dövlət katibi bu məsələni müzakirə etmək üçün Türkiyəyə məhz Səudiyyə rəhbərliyi ilə danışıqlardan sonra gəlir və bu məsələdə Ankaranın təkbaşına həlledici amil olmasını istəmir. Ona görə də yardım adı altında istintaq prosesinə müdaxilədə israr edir.
Müxalifət.az