ABŞ PKK terrorçularına növbəti silah yardımı göndərdi

Baxış sayı:
5908

Terror təşkilatı PKK/YPG-nin hamisi ABŞ, Suriyanın Qamışlı rayonundan terrorçuların yuvalandığı Münbiçə 150 TIR dolu zirehli maşın, tank, hərbi texnika və yanacaqdoldurma tankerləri göndərib. İraq üzərindən keçirilən hərbi silahlarla dolu hərbi konvoyun, burada terror təşkilatı YPG-yə təhvil verdiyi bildirilib. Növbəti bu hadisə ABŞ-ın Münbiç məsələsində Türkiyə ilə razılaşdırdığı yol xəritəsində nə qədər qeyri səmimi olduğu, Türkiyənin başını bu cür oyunlarla qatmaqla zaman qazanmağa çalışdığı üzə çıxıb. Xatırladaq ki, G-20 sammiti üçün Argentinada olan Türkiyə prezidenti Ərdoğanın ABŞ prezidenti Trampla görüşü planlaşdırılır ki, burada da birinci məsələ olaraq Münbiçin müzakirə olunacağı qeyd olunur. Müxalifət.az