ABŞ müttəfiqi olan terrorçu YPG-ni təhdid etdi

Baxış sayı:
9622

 ABŞ-in İraq və Suriyada terror təşkilatı İŞİD əleyhinə koalisiyanın komandanı Lacamera terror təşkilatı YPG/PKK-nın davamı SDG-nin Rusiya və ya Əsəd rejimi ilə saziş bağladıqları təqdirdə bütün yardımları dayandıracaqlarını açıqlayıb.
 
ABŞ-ın İraq və Suriyada terror təşkilatı İŞİD əleyhinə koalisiyanın komandirləri arasında yer alan ordu generalı Pol Lacamera terror təşkilatı YPG/PKK-nın təşkil etdiyi SDG-yə təmin olunan dəstəklə bağlı verdiyi açıqlamada, “SDG Rusiya və ya Əsəd rejimi ilə birgə olsa, ABŞ-ın göndərdiyi yardımlar kəsiləcək” deyib.
“Onlar müttəfiqlərimiz olaraq qaldıqca yardımlarımız SDG-yə davam edəcək" deyən komandan Lacamera, Əsəd rejimi ilə davam edən danışıqlar barədə isə, "Bizim münasibətimizin olmadığı bir rejimlə görüşürlər. Əsəd rejimi ilə müttəfiqlik edərlərsə, yardımlarımız dayanacaq" deyə bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Suriyadan "sürətli və tam" bir çəkilmə qərarı almasından sonra terror təşkilatı YPG/PKK-nın davamı SDG, Rusiya və Əsəd rejimi ilə danışıqlara başlamışdı.
Müxalifət.az