ABŞ İŞİD üzvlərinin təxliyə edilməsini əngəllədi

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Livan sərhədindən keçən İŞİD karvanını hava hücumları ilə vuracaqlarını bəyan edib.
 
Terorçuların Hizbullah və İŞİD arasında əldə edilən razılaşma əsasında Livandan Suriyanın şərq sərhədlərinə keçirilməsi nəzərdə tutlub.
Yazılı açıqlamada İŞİD-in dünyəvi terror təşkilatı olması və fəaliyyətini genişləndirmək üçün terrorçuları bir yerdən başqa yerə daşımasının həll yolu olmadığı bildirilib.
Sözügedən karvan koalisiya qüvvələri tərəfindən hələ ki, zərər görməyib. Sadəcə karvana doğru irəliləyən və İŞİD-ə aid olduğu güman edilən bəzi avtomobillər vurulub. Koalisiya qüvvələri daha çox İŞİD militanının daşınmasına mane olmaq üçün karvanın yolunu Əbu Kamal ilə Hamayma bölgəsi arasındakı yolu bağlayıb./publika.az