ABŞ dövlət katibinin köməkçisi Astanadakı Suriya danışıqlarında iştirak edəcək

ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Devid Satterfild  Astanada keçiriləcək  Suriya danışıqlarında müşahidəçi qismində iştirak edəcək.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
 Suriya hökuməti və müxalifət qüvvələrinin nümayəndələri arasında görüş sentyabrın 13-dən 15-dək Astanada keçiriləcək.