ABŞ açıq təhdid etdi: İRANI VURARIQ

Baxış sayı:
5158

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook, ABŞ-ın regionda maraqlarını hədəf aldlqları təqdirdə İranın hərbi müdaxilə etmək üçün tərəddüd etməyəcəklərini söyləyib.
 
Hook, İran adına döyüşən qrupların, Yəmən, Əfqanıstan, İraq və Səudiyyə Ərəbistanında İrana aid silahlar istifadə etdiklərini ifadə edərək, İran təhdidinin artdığını və vəziyyətə müdaxilə edilməzsə, bölgədə gərginliyin yüksələcəyini vurğulayıb.
 
CAVAB VERMƏYƏ TƏRƏDDÜD ETMƏYƏCƏYİK
 
İranın dünya səviyyəsində terrora verdiyi dəstəyin artdığını və regional sabitliyi baltaladığını deyən Hook, İran dəstəkli qrupların, Bəsrə və İraqdakı ABŞ konsulluqlarına hücum təşkil etməsinə istinad edərək, "İran, ABŞ-ın bölgədəki maraqlarına hücum etsə, hərbi bir cavab verməkdə tərəddüd etməyəcəyik " deyib.
 Digər tərəfdən Hook, Tramp administrasiyasının Yaxın Şərqdəki hədəfi "ABŞ müttəfiqlərini İrana qarşı bir mövqeyə gətirmək olduğunu" deyib.
 İranın, 2007-dən bəri Əfqanıstanda Talibana silah dəstəyi verdiyini ifadə edən Hook, Tehran rəhbərliyinin terrora dəstək verməyə davam etdiyi təqdirdə, daha çox sanksiya ilə üzləşəcəyini vurğulayıb.
Müxalifət.az