​"6 aydır arvadı ilə sevgiliyəm" - Əmisi oğlunun arvadına aşiq olub başından güllələdi - Foto

Baxış sayı:
6064

Türkiyənin Konya bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. 
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 uşaq atası 37 yaşlı Ali işlədiyi tarlasında ölü olaraq tapılıb. Polisin araşdırmasından sonra cinayətin üstü açılıb və öldürülən şəxsin əmisi oğlu saxlanılıb.
O, cinayəti törətdiyini etiraf edib və bunu Alinin arvadını sevdiyi üçün etdiyini deyib:
“6 aydır ki, Alinin arvadı Zekiye ilə eşq münasibəti yaşayırıq. O mənə ərinin şübhələndiyini dedi. Həm də onu öldürməyimi istədi. Mənə mesaj yazaraq “ bunu öldürək, yoxsa bizi kənddə biabır edəcək” dedi. Ali tarlada işləyərkən gedib onu başından güllələdim.” 
Cinayətkar daha sonra sevgilisinin yanına getdiyini, birlikdə çay dəmləyib içdiklərini bildirib:
“Onu vurduqdan sonra yanında oturub yarım saat ağladım. Daha sonra onlara getdim. Zekiye çay dəmlədi, birlikdə içib, ağladıq. Onu çox sevirəm, ona aşiqəm. Alini öldürüyüm üçün peşmanam”.