​3 nazirliyə ayrılan vəsaitlərlə bağlı rəsmi yoxlama aparıldı - Materiallar parlamentə göndərildi

Baxış sayı:
6289

Hesablama Palatasında növbəti kollaegiya iclası keçirilib.
Muxalifet.az Palataya istinadən bildirir ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlir və xərclərin icrasına dair, Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrasına dair, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticələrinə dair müzakirələr aparılıb.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.