14 yaşlı qız evlənməkdən xilas edildi, VALİDEYNLƏR VƏ BƏY HƏBS EDİLDİ - VİDEO

Baxış sayı:
5278

Türkiyənin Diyarbəkir şəhərinin Yenişəhər qəsəbəsində 14 yaşlı qız B.S valideynləri tərəfindən 21 yaşlı A.Y ilə evləndirilməkdən son anda xilas edilib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, polislər nigah salonuna daxil olaraq mərasimi dayandırıblar.

Bəy və qızın valideynləri saxlanılaraq polis bölməsinə aparılıblar.

B.S isə Ailə, Əmək və Sosial Xidmətlər nazirliyinin Diyarbəkir üzrə nümayəndəliyinə təhvil veriləcək və orada himayə ediləcək.