13 yaşlı uşağı maşın vurdu - ASTARADA

Onun vəziyyətinin ağır olduğu bildirilir
 
Astara rayonunda 13 yaşlı oğlanı maşın vurub.
Rayon sakini Yavər Şıxəli oğlu Məmmədov idarə etdiyi "VAZ-2106" markalı, 90-CS-481 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən rayon sakini 2004-cü il təvəllüdlü Allahverdi Ruslan oğlu Ağayev qəfildən maşının qabağına atılıb. Ağır bədən xəsarətləri alan 13 yaşlı piyadanı sürücü dərhal Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada uşağa ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğu üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparaılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.