13 yaşlı gənc ölümcül döyüldü - BİLƏSUVARDA

Biləsuvar şəhərində 13 yaşlı yeniyetmə döyülüb.
 
Hadisə şəhərin Azadlıq küçəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Poladzadə Ədhəm Fuad oğlu bir qrup şəxs tərəfindən küçədə döyülüb. Azyaşlı müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hələlik hadisənin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)