​Zeman Kremlə 3 təyyarə ilə gedir

Sabah Çexiya Prezidenti Miloş Zeman Rusiyaya səfər edəcək.
Çex liderin səfərinin indiyə qədər Avropa liderlərinin Rusiyaya etdiyi ən böyük səfər olacağı gözlənilir. Belə ki, Zeman səfəri zamanı Moskva, Soçi, Yekaterinburq şəhərlərinə gedəcək. O, həmçinin, Rusiya Prezidenti Vladimir Putin, SSRİ-nin eks-prezidenti Mixail Qorbaçov, Baş nazir Dmitri Medvedyev və bir sıra iş adamları ilə görüşəcək.
Səfər zamanı prezidentin öz təyyarəsindən əlavə Rusiyaya daha 2 təyyarə də yola düşəcək. Əlavə təyyarələrdə Çexiya siyasətçiləri və biznesmenləri olacaq. Maraqlı məqam odur ki, Moskvaya yollanacaq çex iş adamlarının sayı 130 nəfər təşkil edəcək.