Yol polisini təhqir edən şəxs: “Qoy ona dediyim söyüşlər özümə qayıtsın” - VİDEO

Baxış sayı:
25299

Yol polisini təhqir edən şəxs Fəxrəddin Nəsirov əməlindən peşman olub və bütün polislərdən üzr istəyib.

Virtualaz.org bildirir ki, taksi sürücüsünün üzr istəməsinin videosu sosial şəbəkələrdə yayılıb.

“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim”, - deyə F.Nəsirov bildirib.

F.Nəsəsirov onu da deyib ki, həmin polis əməkdaşını tapıb üzr istəyəcək: “Ona nə demişəmsə, qoy mənə qəbul olunsun. Bütün polis əməkdaşlarından da üzr istəyirəm”.

Xatırladaq ki, sürücünün DYP zabitini söyüb təhqir etməsi barədə video haqqin.az-ın Facebbok səhifəsində yayılmışdı. Həmin sürücü orada DYP əməkdaşına qarğıyır, daha sonra söyür və ona fiziki təzyiq göstərirdi...