Yer kürəsi asteroidlə toqquşa bilər

Baxış sayı:
6319

2068-ci ildə Apofis asteroidi Yerlə toqquşa bilər. 
Muxalifet.az Life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Peterburq Dövlət Universitetinin fəza mexanikası kafedrasının mütəxəssisləri açıqlama veriblər. 
Onlar hesablayıblar ki, 2029-cu ildə asteroid Yerlə Ay arasındakı məsafədən 10 dəfə uzaqlıqda olacaq. 
“Bu asteroidin unikal xüsusiyyəti 2029-cu il aprelin 13-də Yerlə 38 min kilometr məsafədə olacağının dəqiq müəyyən olunmasıdır”, - məlumatda bildirilib. 
Asteroid qədim Misirdə şər tanrısının şərəfinə adlandırılıb.