​Yeni "Car şarinq" xidməti…- Tiflisdə

Baxış sayı:
6151

Tiflis şəhərinin meri Kaxa Kaladze Facebook-da canlı yayım zamanı yeni təşəbbüslə çıxış edib. Merin təşəbbüsü paytaxtda "Car şarinq" xidmətini təşkil etməkdən ibarətdir. Kaladze əlavə edib ki, hər bir Avropa ölkəsində "Car şarinq" deyilən bir xidmət var: “İstənilən şəxs müxtəlif yerlərdə saxlanılmış nəqliyyat vasitələrindən bütöv gün və ya qısa müddət ərzində müəyyən miqdarda pul ödəyərək istifadə edə bilər". Qeyd edək ki, "Car şarinq" xidmətində xəttə buraxılacaq avtomobillər elektriklə çalışacaq. Bildirilib ki, ən qısa zamanda Tiflisə 300 avtomobil gətiriləcək və müxtəlif nöqtələrdə yerləşdiriləcək.