Yediyi şirniyyatın pulunu ödəməmək üçün baxın nə etdi - AĞLASIĞMAZ... - VİDEO

Baxış sayı:
8452

Türkiyənin Mardin vilayətində bir qadın yediyi şirniyyatın pulunu ödəməmək üçün saçından qopardığı tükləri paxlavanın içinə qoyub.  
Muxalifet.az
xəbər verir ki, şirniyyat dükanına girib paxlava istəyən bir qadın saçından qopardığı tükləri paxlavanın son kəsiyinin içinə qoyub. Bunda sonra şirniyyatçını yanına çağıran qadın paxlavanın içindən saç çıxdığını söyləyərək pul ödəmədən oradan uzaqlaşıb. 
Hazırladığı şirniyyatdan əmin olan usta qadının iş yerindən ayrılmasından sonra təhlükəsizlik kameralarına baxıb. Görüntülərdə qadının saçından qopardığı tükləri paxlavanın içinə qoyduğunu görən şirniyyatçı şok yaşayıb.