Xarici pasportlarla bağlı YENİ QANUN

Baxış sayı:
15037

Avropa ölkələrinə vizasız səyahət imkanı verən yaşıl və boz pasportlara məhdudiyyət qoyulub. Bu pasportlardan birinə sahib olan insanlar əvvəldən qeydiyyatdan keçməlidir. Qərar 2021-ci ildən etibarən qüvvəyə minəcək. Qeydiyyatdan keçən şəxslər giriş icazəsi ala bilmək üçün 7 avro ödəməlidir. 18 yaşdan aşağı, 70 yaşdan yuxarı şəxslərə bu qərar tətbiq edilməyəcək. Avropa Parlamenti bu qərarı sərhəd nəzarətinin təmin edilməsi, epidemiya təhlükəsi, qanunsuz miqrasiya, təhlükəsizlik təhdidi və öz ölkələrinin vətəndaşlarını qorumaq üçün qəbul etdiyini bildirib. Avropaya səyahət etmək istəyən yaşıl və boz passport sahiblərinin aldığı icazə 3 il keçərli olacaq.