​“Xalqımın mənə dəstək olmasını istəyirəm” – NARKOTİK ALVERİNDƏ İTTİHAM OLUNAN XANIM JURNALİST

Baxış sayı:
6862

Xəbər verdiyimiz kimi, dünən ölkə mediası Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva) narkotik alveri ilə məşğul olduğuna görə həbs edildiyi barədə xəbər yayıb. Qeyd edilir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Nərimanov rayonu ərazisində marixuananı satarkən yaxalanıb. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, Şəfər Ağacan hadisə ilə bağlı açıqlama yayıb. O bildirib: “Öncəliklə bütün dostlarım və xalqıma demək istəyirəm ki, mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir nəfərin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm. Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca, bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan “möhtəşəm ssenari”nin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur. Mən həmişə "Narkomaniya" bəlasına qarşı mübarizə aparan biri olmuşam. Azərbaycan qızı, ana olaraq bir çox işlərə imza atmışam. 03.05.2019 tarixində saat 10:00 radələrində məhkəməm olacaq, məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam. Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm ki, mənə atılan bu iyrənc böhtana qarşı saat 10.00-da Xətai rayon Məhkəməsində hər kəsin mənə dəstək olmasını gözləyəcəm. Gələ bilənlərə və gəlmə imkanı olmayan dəstəyi, ürəyi mənimlə olan hər kəsə indidən minnətdarlığımı bildirirəm! Hörmətlə, Şəfəq Ağacan”.