Xalq artisti: “İki dükana borcum var, birinə 510, digərinə…” – VİDEO

Baxış sayı:
6422

Xalq artisti Lətifə Əliyeva çətin durumdadır.

Muxalifet.az xəbər verir ki, səhhətində yaranan problem səbəbindən ayaqları tutulan aktrisa ARB-nin “Elgizlə izlə” proqramında maddi durumunun da pis olduğunu etiraf edib:

“8 martdan bu günə düşmüşəm. Üçüncü kurs müalicə alıram. Möhkəm ağrılarım olurdu. Ağrıdan bağırırdım. Əsa götürəndən sonra bir az rahatam, çətinliklə də olsa, gəzə bilirəm. Amma bayıra çıxa bilmirəm. Təkcə bir dükana 510 manat borcum var, “ovoşnoya” 100 manata qədər borc yığılıb”.

Aktrisa sənət həsrətilə yaşadığını deyir:

“10 ildən çoxdur, sənətdən ayrı düşmüşəm. Səhnə üçün də, efir üçün də çox darıxıram. Telekanallar mənə qarşı çox qəddarlıq etdilər”.