Vəzifəli şəxs ölkəni tərk edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkətlərindən biri olan, AZFEN B.M-nin layihələrindən birində mühasib işləmiş Hüseyn Əhmədov şirkətə maddi zərər vuraraq ölkəni tərk etmişdir.
Bu haqda Muxalifet.az-a etibarlı mənbədən məlumat daxil olub.
Əlavə olaraq şirkət rəhbərliyinə yaxın olan mənbədən əldə etdiyimiz məlumata görə, H.Əhmədov eyni zamanda həmin şirkətdə çalışan Zeynalov Xalid Azad oğlunu döyərək sağlamlığına zərər vurmuşdur. Bununla bağlı H.Əhmədov barəsində hər iki fakta görə hüquq mühafizə orqanlarında cinayət işləri başlanaraq araşdırma aparılır.
Şirkət rəhbərliyi və zərər çəkən şəxs Zeynalov Xalid Azad oğlunun sözlərinə görə, tezliklə H.Əhmədovun olduğu yer müəyyən edilərək ölkəyə gətiriləcəyinə və həbs olunaraq öz layiqli cəzasını alacağına əmindirlər.
Muxalifet.az