"VMH" nümayəndəsi: "İyun mübarizənin başlanğıcı, noyabr isə sonu olacaq"

Baxış sayı:
5557

"İyun mübarizənin əvvəliydisə, noyabrın bu mübarizənin sonu olacağından əminəm" 
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan ''Vahid Milli Hərəkat'' partiyasının aparıcı üzvlərindən biri olan Zaal Udumaşvili bildirib.
Jurnalistlərə müsahibəsində Z.Udumaşvili bu gün keçiriləcək aksiyanın əsas tələbinin proporsional qayda ilə vaxtından əvvəl parlament seçkiləri olduğunu bildirib.
"Əsas istəyimiz, bu hakimiyyətin getməsidir. Proses xalqın qələbəsi ilə sona çatacaq", -deyə Zaal Udumaşvili bildirib.
Muxalifet.az