Vəliəhd şahzadə Qaşıqçının ölümünü Səudiyyə Kralından gəzlədib

Baxış sayı:
3574

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın, Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürüldüyünə dair məlumatı günlərlə atası kral Salman bin Əbdüləzizdən saxladığı ortaya çıxıb.
 
“Reuters”-in Səudiyyə kral ailəsinə yaxın 5 qaynağa əsaslandırdığı xəbərinə görə, vəliəhd şahzadə, proseslərin nəzarətdən çıxması, ABŞ-dan və beynəlxalq ictimaiyyətdən təzyiqlərin artmasından sonra, atası kral Salmanın proseslərə müdaxilə etməsini istəmək məcburiyyətində qalıb. Kral Salman, Qaşıqçının ölümü ilə bağlı məlumatlandırılmasından dərhal sonra, bütün nəzarəti əlinə alıb və ilk iş olaraq 11 oktyabr tarixində, ən güvəndiyi şəxs olan sağ qolu Məkkə valisi şahzadə Xalid el-Faysalı Türkiyəyə göndərib.
 
TƏCİLİ İSTİNTAQ AÇILIB
 
Şahzadə Xalidin Türkiyə ilə danışıqları nəticə verib, Ankara və Ər-Riyad Qaşıqçı-nın aqibətinə dair birgə işçi qrupu yaradıb. Yenə Kral, ölkə içində bir istintaqın başlanması məsələsində baş prokurorluğa göstəriş verib. Şahzadə Xalidin Türkiyədən Ər-Riyada qayıdışında, Qaşıqçı hadisəsinə dair hesabatında "bu işdən xilas olmağımız çox çətindir" dediyi daha sonra mediaya əks olunub.
 
ƏRDOĞANLA DANIŞIQ TƏSİRLİ OLDU
 
Kral ailəsinə yaxın Səudiyyə Ərəbistanlı bir iş adamı, kral Salmanın Camal Qaşıqçı cinayətinə dair tam nəzarəti əlinə almasını da şahzadə Xalidin Türkiyə prezidenti Ərdoğanla görüşməsindən sonra baş verdiyinə işarə edib. Görüşə paralel olaraq kral Salmanın müdaxiləsindən sonra Ər-Riyad mərkəzli açıqlamaların dəyişən tonu və məzmunu da diqqət çəkib.
 
VƏLİƏHD KRALDAN GİZLƏTDİ
 
Saraya yaxın iki mənbəyə görə, 11 oktyabr tarixinə qədər kral Salman, Qaşıqçı cinayətinin gəldiyi vəziyyət haqqında məlumat sahibi deyildi. Mənbələr, vəliəhd şahzadənin yaxınlığındakı şəxslərin kral Salmana, Qaşıqçı hadisəsinin yerinə, ölkəylə bağlı müsbət xəbərləri təqdim edib və onu yönləndirməyə çalışıb.
Saray ətrafına yaxın başqa bir mənbəyə görə, vəliəhd şahzadə prosesləri gizlətmək istəməsinə baxmayaraq, cinayət xəbərinin bütün Ərəb mediasında yer alması nəticəsində bu hədəfində uğursuz olub. Kral Salman yalnız bundan sonra dövrəyə girə bilib və həm varis şahzadəyə, həm də digər bu məsələdə məsul olanlara, Qaşıqçı-nın aqibətinə dair suallar verməyə başlayıb.
 
ABŞ TƏZYİQİ SON DAMLA OLDU
 
“Reuters”-ə danışan bir başqa mənbəyə görə, proseslərin vəliəhd şahzadəni nəzarət edə bilmədiyi vəziyyətə gəlməsi və ABŞ-dan yüksələn təzyiq nəticəsində Məhəmməd bin Salman, "bir problemin yaşandığı və bunla üzləşmələri lazım olduğu" mövzusunda kral Salmana məlumat vermək məcburiyyətində qalıb.
 
TAXTI SARSIDAN UÇQUN
 
Hər nə qədər Məhəmməd bin Salman, kralın ən sevdiyi oğlu olsa da, başqa bir mənbəyə görə, kralın geniş bir baxışla tək oğlunu deyil, kral ailəsi və krallığın gələcəyini də düşünmək məcburiyyətində idi. Sözügedən mənbə proseslərin, bütün kral ailəsinə təsir edəcək bir uçquna çevrildiyini işarə edib.
 
“NƏZARƏTSİZ GÜC” XƏBƏRDARLIĞI
 
Kralın "süni bir balonda" yaşadığını deyən bir başqa mənbə isə müşavirlərinin bir çox dəfə kral Salmana, vəliəhd şahzadənin nəzarətsiz gücünə dair xəbərdarlıqlar etdiyini bildirib. Kral ətrafının, proseslərə daha çox cəlb etməsi lazım olduğu mövzusunda da özünə təzyiq etdiyi qeyd olunub.
Müxalifət.az