UKRAYNADA MÜHARİBƏNİN YÜZÜNCÜ GÜNÜ... – Rusiya hərbçiləri ruhdan düşüb, ukraynalılar müdafiədən hücum mövqeyinə keçirlər...

Bu gün - iyunun 3-də Putinin işğalçı ordusunun Ukraynaya savaş açmasının, yəni müharibənin 100-cü günüdür.
Ukrayna mediası xəbər verir ki, hazırda Severodonetskdə döyüşlər gedir. Regional hakimiyyət orqanlarının fikrincə, bu şəhərin özünün də “Azovstal”ı mövcuddur. Belə ki, təxminən 800 nəfər “Azot” kimya zavodunun altındakı bomba sığınacaqlarında gizlənir.
Ukraynanın Luqansk vilayətinin qalan ərazilərində Rusiya ordusu bir neçə istiqamətdə - Zolote, Popasna, Kamışevaxi, Beloqorovkadan Ukrayna silahlı qüvvələrinin müdafiəsini yarmağa çalışır.
Donetsk bölgəsində əsas hücum Liman, Slavyansk bölgəsindədir. Qara dənizdə vəziyyət stabil olaraq gərgindir. Oradakı Rusiya raket gəmilərinin sayı üçə çatıb.
Ukrayna Baş Qərargahının xülasəsinə görə, Xarkov yaxınlığında əsas Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etmək üçün göndərilib. Məlumatda o da qeyd olunur ki, Rusiya ordusunun şəxsi heyəti rotasiyasının daim təxirə salınması səbəbindən ruhdan düşüb. Bu, şəxsi heyətin hərbi əməliyyatlardakı roldan imtina etməsinə səbəb olur.
Qafqaz.media