Türkiyədən kritik İdlib xəbərdarlığı!

Baxış sayı:
3091

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İdlib ilə bağlı kritik açıqlama verib.
 
Çavuşoğlu, "Məqsədimiz İdlibdəki hücumları dayandırmaqdır. Rusiya və İranla sıx əlaqə içindəyik. 2 milyon insanın Türkiyəyə gəlmə ehtimalı var. Belə bir vəziyyət hər yerə təsir edir, birgə tədbirlər görməliyik. Burada BMT mühümdür. İnsanlar evlərini tərk etmək məcburiyyətində qalarsa, məskunlaşması üçün hazırlıq görürük. İdlib, gərginliyi azaltma ərazisidir, əks təqdirdə humanitar fəlakət yaşanır" deyib.
 
Mətbuat nümayəndələrinin suallarını cavablandıran Çavuşoğlu bunları söyləyib:
“Suriyada İdlibə hücumlar daha əvvəl başlamışdır. İki dövlət arasında müharibənin başlamasının rəsmisi, qeyri rəsmisi deyə bir şey ola bilməz. İçəridə radikal qruplarla mötədil qrupları ayırma məsələsində çox səy sərf etdik. Hazırda buraya hücum edənlər Hələbdən, Şərqi Qutadan, hətta cənubdan dəhlizlər açılaraq, ya da bilərək gətirildi. Məqsədin onsuz da bunları istifadə edərək İdlibə hücum etmək olduğunu bilirdik. Rejim bunları bəhanə edərək hücum edib. Biz dünən mövqeyimizi bildirdik. Astana ruhuna uyğun bir şəkildə həll olunmalıdır, atəşkəs bunun həllidir. Həmçinin Qərb ölkələrinə dəfələrlə demişik. Ən son Rakkadan hara göndərdikləri məlum deyil, onları bəhanə edərək başqa terror təşkilatlarını dəstəkləyirlər. Suriyanın sabitliyi və təhlükəsizliyi üçün davranışını qoyan yeganə ölkə Türkiyədir”.
 
HUMANİTAR FƏLAKƏT YAŞANIR
 
“Açıqlamada olduğu kimi, prezidentimiz də, atəşkəs vurğulayıb. Münaqişələr dayanacaq, yenə siyasi prosesə yönəldiləcək. İran ilə sıx əlaqə içindəyik. Səylərimiz Tehran zirvəsi ilə məhdud deyil. Tərəfdaşlarımızla görüşlərimiz davam edir.
Heiko Maas ilə görüşümüzdə də belə bir təcavüz olarsa, insanların evlərini tərk edərək Türkiyəyə, ya da başqa ölkələrə gələcəyini dedim, bu təhrif edilib. 2 milyon insanın Türkiyəyə gəlmə ehtimalı var. Belə bir vəziyyət hər yerə təsir edir, birgə tədbirlər görməliyik. Burada BMT mühümdür. İnsanlar evlərini tərk etmək məcburiyyətində qalarsa, məskunlaşması üçün hazırlıq aparırıq. İdlib, göərginliyi azaltma ərazisidir, əks təqdirdə humanitar fəlakət yaşanır”.
Müxalifət.az