​Türkiyədə PKK-nın daha 4 terrorçusu öldürüldü

Baxış sayı:
4684

Türkiyədə PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.
Məlumata görə, əməliyyat ölkənin cənub-şərqində, Hakkari vilayətində, Yüksəkova ərazisində keçirilib. Jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 terrorçu məhv edilib.
“Report” xatırladır ki, daha əvvəl İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.