Türkiyədə azərbaycanlı bıçaqlandı - VİDEO

Baxış sayı:
305

Türkiyədə azərbaycanlı Hacı Elbrus Hacılı bıçaqlanıb. Hadisə Antalyanın Konyalatı ilçəsində ötən gün axşam saatlarında baş verib.

Şahidlərin bildirdiyinə görə, Hacı Elbrus Hacılı ilə kimliyi bilinməyən və çərkəz olduğu ehtimal edilən şəxs arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və digər şəxs azərbaycanlını ayağından bıçaqlayıb.

Akdeniz Xəstəxanasına çatdırılan yaralının həyati təhlükəsinin olmadığı müəyyənləşib.

Hazırda polis şübhəlini axtarır.

Hadisə baş verən zaman ərazidə olan şəxslərdən biri bıçaqlanmanı telefonun kamerasına çəkərək sosial şəbəkələrdə paylaşıb./virtualaz.org