Türkandan ayrılan kimi Damlanın yanına getdi - FOTO

Baxış sayı:
11266

Meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə bir müddət əvvəl duet ortaqlığına son qoyduğunu açıqlayıb.
BiG.AZ xəbər verir ki, Pərviz Türkanı dostunun toyuna çağırıb və o da məclisdə olduğu üçün gedə bilməyib. Bundan inciyən Bülbülə qarşı tərəflə olan bütün iş birliklərini və dostluqlarını bitirib.
Maraqlısı isə odur ki, Pərviz Türkandan ayrılandan sonra keçmiş duet ortağı Damlanın yanına qayıdıb. İşbirlikləri bitdikdən sonra uzun müddət bir araya gəlməyən ifaçılar hətta birlikdə görüntülər də yayıblar. Bu isə onların yenidən duet oxuyacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.
Türkandan ayrılan kimi Damlanın yanına getdi - FOTO