Türk ordusu İraqa zərbələr endirdi: Anbarlar məhv edildi
17-02-2018 23:23
Baxış sayı:
3022
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk bölgəsində polis bölmələrinə və hərbi bazalara hücum etməyə hazırlaşan separatçı terror təşkilatına havadan zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, hərəkat nəticəsində terrorçulara aid sığınacaqlar və silah anbarları məhv edilib.
Türkiyə Baş Qərargahı tərəfindən verilən açıqlamada əməliyyatların davam etdiyi və hərəkata qatılan təyyarələrin təhlükəsiz bir şəkildə aviabazaya qayıtdığı bildirilib.