​Tərtərdə partlamamış mina tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ xidməti-zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Tərtər rayonunun Qaraağacı kəndi ərazisində mərmi tapılması barədə məlumatlar daxil olub.
ANAMA mətbuat xidmətindən Muxalifetaz-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partladıcı başlıq (RQM-2) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş minanın ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, başqa təhlükəli əşya və qurğu aşkar edilməyib.
Bu əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.