Tərtərdə maşın traktorla toqquşdu, ölən var

Baxış sayı:
5521

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Muxalifet.az xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo.az