“Trampla üz-üzə görüşmək istəyirəm” – Maduro

Baxış sayı:
6502

Venesuelanın dövlət başçısı Nicols Maduro ölkəsində yayımlanan “Univision” kanalına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Trampa dostluq mesajları göndərib. Hökumətin başçısı kimi, Trampı masaya dəvət edib. Özünü isə Tramp ilə danışılacaq və bazarlıq ediləcək insan kimi xarakterizə edib.
 
Tərəflərin bir-birini anlaması üçün dialoq qurulması lazım olduğunu bildirən Maduro, "Çox fərqli insanlar olduğumuzu bilirəm. Prezident Tramp və mən müxtəlif ölkələrdə, amma eyni yarımkürədəyik. Bir müddət sonra danışmaq, bir-birimizi anlamaq məcburiyyətində qalacağıq. Açıq sözlü, doğrudan, üz-üzə bir dialoq imkanı əldə edəcəyimizə ümid edirəm" deyib.
 
POMPEOYA DƏVƏT
 
 Trampa Venesuela haqqında yanlış məlumatlar çatdırıldığını vurğulayan Maduro, "Beləliklə, əlinizə gələn hesabatlarda sizə deyilənlərin həqiqət olmadığını, həqiqətdə nələr baş verdiyini danışa bilərik. Tramp mənim danışa, bazarlıq edə biləcəyi bir insan olduğumu görə biləcək. Bu prezident Trampa göndərəcəyim mesajdır" deyib. Maduro həmçinin, ABŞ xarici işlər naziri Mayk Pompeo-ya yönəlik "Bütün məsələlər müzakirə edilə bilər" ifadələrini istifadə edərək Pompeo-nu Venesuelaya dəvət edib.
Müxalifət.az