Trampdan gizlədilən məktub dərc olundu

Baxış sayı:
2443

Amerikalı məşhur jurnalist Bob Vudvordun ABŞ prezidenti Donald Tramp haqqında yazdığı kitabda bəhs edilən, Trampın keçmiş baş müşaviri Qari Cohnun milli təhlükəsizlik əndişəsi ilə Ağ Evdənoğurlayaraq gizlətdiyi iddia olunan məktub dərc olunub.
 
Amerikanın CNN kanalı, Vudvordun "Qorxu: Tramp Ağ Evdə "adlı kitabında yer alan və Tramp tərəfindən “saxtakarlıq" kimi səciyyələndirilən bir məktubu dərc edib.
Sözügedən kitabı mənbə göstərərək mübahisəli məktubu dərc edən CNN-in xəbərinə görə, keçmiş Ağ Evin baş müşaviri Qari Cohn, Trampın Cənubi Koreya ilə mühüm ticarət müqaviləsini ləğv edən bir layihə imzalamasının qarşısını almaq üçün müvafiq sənədi Dəyirmi Ofisdən oğurlayaraq saxlamışdır.
 
MASASINDAN OĞURLADIM
 
Yayınlanan 5 sentyabr 2017 tarixli və Trampın imzasını daşıyan məktubda ABŞ ilə Cənubi Koreya arasında azad ticarət müqaviləsinin ABŞ-ın maraqlarına uyğun olmadığı və bu səbəbdən müqavilənin ləğv ediləcəyi bildirilir.
Eyni xəbərdə Cohnun, "Trampın masasından oğurladım. Onu görməsinə icazə verə bilməzdim. O sənədi heç vaxt görməyəcək. Ölkəni qorumaq məcburiyyətindəydim" əklində kitabda əks olunan ifadələrinə də yer verilib.
 
GİZLİ PROQRAMI TƏHLÜKƏYƏ SALACAĞINDAN ƏNDİŞƏ EDİBLƏR
 
Bundan başqa, Ağ Ev rəsmilərinin, məktubun Tramp tərəfindən imzalandığı təqdirdə ABŞ-ın çox gizli olan və Şimali Koreyanın mümkün bir nüvə raket atmasını yeddi saniyə içində xəbər verən bir proqramı təhlükəyə salacağından narahat olduğu iddia edilib.
 
TRAMPDAN TƏPKİ: BU TAM BİR SAXTAKARLIQDIR! MƏN ELƏ DANIŞMARAM
 
Başqa tərəfdən, Vudvordun kitabı ilə əlaqədar olaraq Twitter hesabından bir açıqlama edən Tramp,"Vudvordun kitabı tam bir saxtakarlıqdır. Mən kitabda göstərildiyi kimi çıxış etmirəm. Elə danışsam prezident seçilməzdim" deyə, qeyd edib.
 
 TRAMPI ÇOX QƏZƏBLƏNDİRƏN KİTAB
 
Tramp haqqında bir çox iddia edən və 11 sentyabrda satışa çıxacaq "Qorxu: Tramp Ağ Evdə" adlı kitab, Tramp tərəfindən bir neçə dəfə sərt bir dillə tənqid edilib. Kitabda irəli sürülən üslubun özü ilə üst-üstə düşmədiyini də iddia edən Tramp, kitabın müəllifi Vudvordun keçmiş prezidentlərlə də bir çox problem yaşadığını qeyd edib.
Vudvord isə CNN-ə verdiyi açıqlamada, kitabda keçən bütün iddialarının arxasında olduğunu vurğulayıb.
Müxalifət.az