Tramp ləğv etdi! ABŞ nümayəndə heyəti getmir

Baxış sayı:
6010

 ABŞ prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna qatılması gözlənən Amerika nümayəndə heyətinin səfərini "hökumətin qapalı olması" səbəbilə ləğv etdiyi bildirilib.
 
Ağ Evin sözçüsü Sarah Sanders məsələ ilə bağlı yazılı açıqlama verib.
Sanders açıqlamasında, Trampın federal hökumətin qapalı olması səbəbindən Davosa gedəcək ABŞ nümayəndə heyətinin səfərini ləğv etdiyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp keçən həftə Twitter hesabından verdiyi açıqlamada, Davosdakı foruma qatılmayacağını bildirmişdi.
Tramp, "Demokratların sərhəd və millətimizin təhlükəsizliyinin əhəmiyyətinə dair barışmazlığına görə, Dünya İqtisadi Forumu üçün İsveçrənin Davos şəhərinə edəcəyəm səyahəti hörmətlə ləğv edirəm. Dünya İqtisadi Forumuna ən səmimi arzu və üzrlərimlə" deyə paylaşma etmişdi.
Müxalifət.az