Toya gedən ana və övladını maşın vurdu - BAKIDA
29-11-2019 22:51
Baxış sayı:
7343
Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı biri uşaq olmaqla, iki nəfəri maşın vurub. APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib. 1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı qızı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən onları “Daewoo” markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.