Təhsil Nazirliyindən şagirdlərə xoş xəbər

Baxış sayı:
7474

Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. 
 
Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, Təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. 
Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.