Terror təşkilatı YPG/PKK-dan evlilik xəracı

Baxış sayı:
6979

Suriyadakı YPG/PKK işğal etdiyi ərazilərdə yaşayan bir qadınla evlənərək ölkə xaricinə köçmək istəyən hər kəsdən min dollar xərac alacaq. YPG/PKK Suriya xaricində yaşayan, ancaq təşkilatın işğalındakı ərazilərdə yaşayan bir qadınla evlənərək onu da Suriya xaricinə çıxarmaq istəyən hər bir kişinin min dollar ödəməsini nəzərdə tutan sözdə “qanun” qəbul edib. Təşkilat uzun müddətdir işğal ərazilərinin xaricinə çıxan hər kəsə bir zamin tapmağı əmr edir. İnsanın qeyd etdiyi tarixdə qayıtmadığı təqdirdə zamini saxlayır və xərac istəyir. GƏNCLƏRİ ZORLA SİLAH ALTINA ALIRLAR YPG/PKK Suriyanın təxminən üçdə birini işğal edib. Təşkilatın işğalındakı sahələrdə əsasən Ərəblər yaşayır. Gəncləri zorla silah altına alan təşkilat, müxalif şəxsləri və ona müqavimət göstərən azlıqları həbs edir. Yayıldığı Ərəb torpaqlarındakı əhalinin evlərinə əl qoyduqdan sonra yer göstərmədən yerindən zorla köç etdirir və ya qeyri-insani şəraitdə yaşamağa məcbur edir. Müxalifət.az