TƏBİB sədrindən iri ticarət mərkəzləri ilə bağlı AÇIQLAMA

Baxış sayı:
2114

“Böyük ehtimalla, gələcək günlərdə böyük ticarət mərkəzləri açılacaq. Ancaq bu ayın sonuna qədər böyük ticarət mərkəzlərinin açılmasını gözləmirik”.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R. Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.