Tayson Consla döyüşündən sonra rinqi qalmaqalla tərk etdi - YENİLƏNİB / VİDEO

Baxış sayı:
8579

ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.

Belə ki, hər biri 2 dəqiqədən ibarət 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb. Bu barədə görüş bitdikdən sonra elan verilib.

Hər iki boksçu qərardan narazı qalıb. Qələbəni özünün qazandığına əminliyini vurğulayan Tayson döyüşün ardından rinqi qalmaqalla tərk edib. O, nəticə ilə qəti razı olmadığını açıqlayıb. Cons isə qələbə üçün hər şey etdiyini bildirib.

Qeyd edək ki, Mayk Tayson 2005-ci, Roy Cons isə 2018-ci ildən sonra ilk dəfə rinqə çıxıb. 51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.