Strasburqu qana boyayan terrorçunun FOTOsu - İŞİD üzvüdür

Baxış sayı:
4153

Strasburqda Milad yarmarkasında terror törədən şəxs öldürülüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Fransanın şərqində, Strasburqun Neudorf qəsəbəsindəki anbarda gizlənən Şerif Şekat adlı terorçu məhv edilib.

Onun güllələnməsindən bir neçə saat sonra İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Bildirilib ki, Şerif Şakat İŞİD-in üzvü olub. Lakin onlar hər hansı sübut təqdim etməyiblər.

Terrorçunun tutulması üçün 700-dən çox hüquq-mühafizə orqanı işçisi cəlb edilib. Atışma zamanı polislərdən xəsarət alan olmayıb.

Rəsmilərin AFP-yə açıqlamasına görə, hadisə vaxtı Şakatın əlində tapança və bıçaq olub.

Xatırladaq ki, Şerif Şakat çərşənbə axşamı günü baş verən terrordan sonra axtarışda idi. O, Milad yarmarkasında "Allahu-Əkbər" deyərək ətrafdakılara hücum etdikdən sonra qaçırdığı taksi ilə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 13-ü yaralanıb.